Tanınmış penitensiar xidmət əməkdaşı, Bakı İstintaq Təcridxanasının sabiq rəisi Elxan Sadıqov vəfat edib.
“Yeni Sabah” Sfera.az-a istinadla xəbər verir ki, Elxan Sadıqov uzun illər Azərbaycan penitensiar sistemində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
O, 2009-cu ilin may ayından Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsini icra edib. Bundan əvvəl isə Şüvəlan İstintaq Təcridxanasına, həmçinin 10 və 13 saylı cəzaçəkmə müəssisələrinə rəhbərlik edib. Pepperoni pizza
Elxan Sadıqov 2013-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, saat 11:30-da Mirmövsüm Ağa məscidindən götürüləcək.
Allah rəhmət eləsin.
Telegram kanalımız