Məşhur tiktoker ev dustağı olacaq

saytların hazırlanması

Evə çatdırılma

Məşhur tiktoker ev dustağı olacaq

Şou

10 Mart 2025 23:53 346


Narkotiklə əlaqəli cinayət ittihamı ilə həbs edilən tiktoker Nurdan Yusifova ev dustaqlığına buraxılıb.

Yenisabah.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Nurdanının vəkili əvvəlcə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Amma vəsatət təmin edilməyib. pizza mizza

Cavid Hüseynin sədrlik etdiyi yuxarı instansiya məhkəməsi bu gün həmin qərarı ləğv edib.

Nurdan barəsində 2 ay əvvəl seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Xanım tiktoker məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Nurdan polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı tədbirlər görməyə başladıqdan sonra həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!