Məşhur yazıçı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur yazıçı saxlanıldı

Şou

14 Yanvar 2026 01:30 536


Avstraliyalı məşhur yazıçı Kreyq Silvi uşaq pornoqrafiyasını saxlamaq və yaymaqda ittiham olunaraq saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, 43 yaşlı yazıçı yanvarın 12-də öz evində həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb. İstintaq materiallarına görə, o, uşaq istismarı ilə bağlı cinayətlər törədən şəxslərlə onlayn ünsiyyətdə olmaqda şübhəli bilinir. Əməliyyat zamanı yazıçının bütün elektron cihazları müsadirə edilib.

Məhkəmə prosesində prokurorlar bildiriblər ki, 2026-cı ilin yanvar ayı ərzində davam edən yazışmalar zamanı Silvi uşaqlara qarşı cinsi marağını ifadə edib və bir neçə gün ərzində uşaq istismarı materiallarını yayıb. pizza hut

Həmçinin qeyd olunub ki, yazıçı istintaqa maneçilik törədərək mobil telefonu, noutbuku və digər rəqəmsal cihazlarının giriş şifrələrini polisə təqdim etməkdən imtina edib.

Məhkəmənin qərarı ilə Kreyq Silvi girov müqabilində şərti azadlığa buraxılsa da, ona qarşı bir sıra ağır məhdudiyyətlər qoyulub:

Hadisə ilə bağlı dövlət səviyyəsində dərhal addımlar atılıb. Qərbi Avstraliya ştatının təhsil naziri Sabina Uinton müəllifin kitablarının bütün məktəb proqramlarından dərhal çıxarılması barədə göstəriş verib./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!