Dünya futbolunun canlı əfsanəsi Lionel Messi Argentina milli komandasının heyətində sonuncu matçına çıxmaq üçün yığmanın təlim-məşq toplanışına qoşulub.
“Yeni Sabah” xəbər verir ki, 39 yaşlı hücumçu Benin milli komandasına karşı keçiriləcək vida qarşılaşmasında son dəfə "Albiseleste" formasını geyinəcək.
Karyerası ərzində ölkə millisi ilə Dünya Çempionatı və Kopa Amerika çempionluqları yaşayaraq tarixin ən titullu futbolçusuna çevrilən ulduz kapitanın bu vidası idman ictimaiyyətində böyük həyəcanla gözlənilir. Buenos-Ayresdəki "Estadio Monumental" stadionunda baş tutacaq tarixi qarşılaşma ilə Messi 20 illik milli karyerasına rəsmən nöqtə qoyacaq. pizza mizza
Nazim Hacıyev
Telegram kanalımız