Bu axşam saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” komandasına qarşı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
"Yeni Sabah" xəbər verir ki, oyunla əlaqədar “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Həmçinin ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq, növbətçilik əsasında əlavə köməkçi işçi qüvvəsi ayrılacaq. Dominos pizza
“Nərimanov” və “28 May” stansiyalarında da sərnişin sıxlığının qarşısının alınması məqsədilə əlavə tədbirlər görüləcək.
Qeyd edək ki, gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkətini davam etdirəcək.
Aytac Əliyeva
Telegram kanalımız