Bakı metrosunda qatarlararası intervallar azaldılır.
Bu barədə "Yeni Sabah"a Bakı Metropolitenindən məlumat verilib.
Bildirilib ki, texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir. pizza sifarişi
Sentyabrın 15-dən etibarən qırmızı xətt üzrə “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.
Yaşıl xətt üzrə zərurət yarandıqda qatarlararası interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.
Bənövşəyi xətt üzrə isə payız-qış qrafikinə keçidlə “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.
Qeyd olunub ki, yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq və ehtiyac yarandıqda əlavə tənzimləmələr aparılacaq.
Aytac Əliyeva
Telegram kanalımız