Meymunçiçəyi yenidən baş qaldırdı

saytların hazırlanması

Evə çatdırılma

Meymunçiçəyi yenidən baş qaldırdı

Dünya

11 Oktyabr 2026 09:00 76


Honkonqda meymunçiçəyi xəstəliyinə yeni yoluxma halları aşkarlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə yerli səhiyyə orqanları məlumat yayıb.

Məlumata əsasən, avqust ayından bəri 21 yeni xəstəlik halı qeydə alınıb ki, bu da 2026-cı ildəki ümumi yoluxmanın 70 faizini təşkil edir. pizza sifarişi

"2022-ci ildən bəri Honkonqda 114 yoluxma faktı aşkarlanıb. Bütün xəstələr kişi cinsinin nümayəndələridir. Bu il ərzində 30 xəstəlik halı qeydə alınıb. Yoluxma hallarının əhəmiyyətli dərəcədə artması səbəbindən çoxşaxəli yanaşma vasitəsilə hədəflənmiş profilaktika və nəzarət tədbirləri həyata keçirilir. Tətbiq edilən peyvəndlərin sayı artmaqdadır”, - deyə məlumatda qeyd olunub.

Tibb mütəxəssisləri xəstəliyin yayılmasının qarşısını almaq üçün insanları diqqətli olmağa çağırıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!