Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Sosial

08 Sentyabr 2026 22:48 219


Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda olan kartof, soğan, pomidor və xiyarın qiyməti istehlakçıları maraqlandıran əsas məsələlərdəndir.

Sentyabrda bəzi məhsulların ucuzlaşması gözlənilsə də, qarşıdakı aylarda vəziyyət necə olacaq? Payızın sonuna qədər bazarlarda qiymətləri müəyyən edən əsas amillər nələr olacaq?

Aqrar ekspert Allahverdi Mustafayev “Yeni Sabah”a açıqlamasında bildirib ki, hazırda kənd təsərrüfatı məhsullarının istehsalı tələbatı ödəyir: Dördpendirli pizza

“Sadaladığınız kənd təsərrüfatı məhsullarının istehsalı indiki dövrdə tələbatı tam qarşılayacaq səviyyədədir. Yəni hazırda təklif tələbdən üstün deyil, əksinə, mövcud istehsal əsasən tələbi ödəyir”.

Ekspert bildirib ki, artan maaşlar və inflyasiya fonunda qiymətlərin ucuzlaşması gözlənilmir:

“Digər tərəfdən, artan maaşlar və inflyasiya fonunda qiymətlərin ucuzlaşmasını gözləmək doğru deyil. Qiymətlər əvvəlki səviyyədə qalırsa, bunu da qənaətbəxş hesab etmək olar. Yəni bazarda məhsul bolluğu yaranaraq qiymətlərin kəskin şəkildə aşağı düşəcəyini gözləmək real deyil.

Məsələn, pomidora tələbat yüksəkdirsə, istehsal da həmin tələbi ödəyəcək səviyyədə olur. Digər kənd təsərrüfatı məhsullarında da vəziyyət eynidir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!