Meyxanaçı Balaəli   məhkəməyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı Balaəli məhkəməyə verildi

Şou

26 Dekabr 2024 17:28 1654


Tanınmış meyxanaçı Balaəli Rzayevin sürücülük hüququ məhdudlaşdırıla bilər.

Yenisabah.az modern.az-a istinadən xəbər verir ki, meyxanaçı barədə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

Bu maddəyə görə, B.Rzayev yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməyib. pizza sifarişi

İşə Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, protokol təsdiq edilərsə, meyxanaçının sürücülük hüququ 6 aydan 1 ilə qədər məhdudlaşdırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!