Mikayıl Cabbarov Zeev Elkin ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov Zeev Elkin ilə görüşdü

İqtisadiyyat

16 Dekabr 2025 18:27 581


İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan - İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə İsraillə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, əməkdaşlığın gündəmində olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, mövcud potensialdan səmərəli istifadə iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artırılmasına töhfə verə bilər.

Müzakirələr zamanı enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi imkanları vurğulanıb. Tərəflər Azərbaycan-İsrail Birgə Komissiyasının 4-cü iclasında qeyd edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!