“Millət məmurların nə etdiyini bilməlidir” 

saytların hazırlanması

Evə çatdırılma

“Millət məmurların nə etdiyini bilməlidir” 

Sosial

20 Avqust 2022 12:07 1509


“İllərdir biz vətəndaş cəmiyyəti ilə işləyirik və mən sizlərə əminliklə deyə bilərəm ki, bu sahədə uğurlarımız çoxdur. Amma görürük ki, vətəndaşlar öz hüquqlarını bilir, lakin onların hüquqlarının tapdalayan məmur heç nə bilmir!”.

“Yeni Sabah” xəbər verir ki, bunu Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu QHT-lərə çağırışında bildirib.

O, qeyd edib ki, belə layihələri seminarları bu sahəyə - icra hakimiyyətində işləyən məmurlara, polislərə yönəltmək lazımdır: pizza mizza

“Bir zaman polislərlə işləmişik və nailiyyətlərimiz olub. Məsələn erkən nikahlarla bağlı, polis, molla, icra nümayəndəsi...

İnsan hüquqları ilə bağlı nazirlikdə olan bütün məmurlar, icra hakimiyyətində olan işçilər, sosial təminatında olan ekspert komissiyasında bir cavan həkim ilə görüşdük. Çox ağıllı, məntiqli bir həkimdir özü. Çox məsələləri aydınlaşdırdıq. 

Millət məmurların nə etdiyini, nələrə hüquqlarının çatdığını bilməlidir. Bəlkə qanunda dəyişikliklər aparılmalıdır? Bu məsələyə çox xahiş edirəm ciddi yanaşın. 

Çünki burada əxlaq davranışından tutmuş hər məsələni müzakirə edə bilərik. Bu milləti, bu dövləti qorumaqdan ötrü milli şüuru formalaşdıraq ki, bütün bəlaların qarşısını alaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!