Milli Parkın mühafizəçiləri atəşə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Milli Parkın mühafizəçiləri atəşə tutuldu

Sosial

14 Oktyabr 2022 09:53 861


Brakonyer Ağgöl Milli Parkının mühafizəçilərinə atəş açıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.

Onun sözlərinə dediyinə görə, Milli Parkın əməkdaşları parkın ərazisində keçirilən nəzarət tədbirləri zamanı gecə saat 2 radələrində qanunsuz balıq ovlayan şəxslər müəyyən edib. pizza sifarişi

O qeyd edib ki, əməkdaşların qanuni tələblərinə tabe olmayan brakonyerlərdən biri ov tüfəngi ilə atəş açıb və ərazidən qaçıb. Hadisə zamanı xəsarət alan olmayıb, brakonyerlərdən biri saxlanılıb:

"Araşdırma zamanı saxlanılan brakonyerin Beyləqan rayon sakini Bəylər Fərzalızadə olduğu müəyyən edilib. Digər brakonyerin tapılması və hər iki təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanına müraciət olunub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!