Milyonlarla insanı maraqlandıran məsələ: Sənədsiz evlərin taleyi NECƏ OLACAQ?

saytların hazırlanması

Evə çatdırılma

Milyonlarla insanı maraqlandıran məsələ: Sənədsiz evlərin taleyi NECƏ OLACAQ?

Sosial

25 Avqust 2026 15:50 292


Azərbaycanda sənədsiz evlərlə bağlı “əmlak amnistiyası” məsələsi uzun illərdir müzakirə olunur. Xüsusilə çıxarış ala bilməyən yaşayış evlərinin leqallaşdırılması və vətəndaşların mülkiyyət hüquqlarının tanınması əsas gözləntilər sırasındadır. Belə bir mexanizmin tətbiqi sənədsiz ev sahiblərinin əmlakını rəsmiləşdirməsinə və kommunal problemlərin həllinə imkan yarada bilər.

Əmlak amnistiyası hansı sənədsiz evlərə şamil oluna bilər? Sənədsiz evlərin leqallaşdırılması üçün hansı meyarlar əsas götürülməlidir?

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq müzakirələr aparılıb və məsələnin, böyük ehtimalla, Prezidentin müvafiq sərəncamından sonra həllini tapacağı gözlənilir. Marqarita pizza

Onun sözlərinə görə, burada əsas problem evlərin deyil, həmin tikililərin yerləşdiyi torpaq sahələrinin hüquqi statusu ilə bağlıdır. Belə ki, sənədsiz evlərin əksəriyyəti dövlət və ya bələdiyyə torpaqlarında, bir qismi isə müəssisələrə məxsus ərazilərdə inşa edilib: “Evlərə çıxarışların verilməsi ilə bağlı ciddi problem yoxdur. Əsas çətinlik həmin evlərin yerləşdiyi torpaq sahələrinin hüquqi statusudur. Çıxarış verildikdən sonra həmin torpaqların aqibətinin necə olacağı məsələsi ortaya çıxır. Bəzi evlərin yerləşdiyi ərazilərin statusu isə onların sənədləşdirilməsinə imkan verməyə bilər. Söhbət neft müqavilələrinin əhatə etdiyi ərazilərdən, yüksək gərginlikli elektrik xətlərinin və yüksək təzyiqli qaz kəmərlərinin altından, su kəmərlərinin üzərindən, həmçinin dəmir yollarının yaxınlığından gedir. İnsanların təhlükəsizliyi üçün risk yaradan belə ərazilərdə yerləşən evlərin gələcəkdə sökülməsi də mümkündür”. R.Qasımzadə əlavə edib ki, bələdiyyə mülkiyyətində olan torpaqlarda inşa edilmiş bəzi sənədsiz evlərlə bağlı artıq həll yolu müəyyənləşdirilib. Belə hallarda vətəndaşların bələdiyyələrə müraciət etməsi, zəbt olunmuş torpaq sahələrinin isə bazar qiymətinə uyğun olaraq onlara satılması nəzərdə tutulur: “Bu proses artıq respublikanın digər rayonlarında həyata keçirilir. Bakı və Abşeronda da tətbiqi nəzərdə tutulur. Radiasiya çirklənməsinə məruz qalmış ərazilərdə və onlara yaxın sahələrdə, həmçinin neft müqavilələrinin əhatə etdiyi torpaqlarda, yüksək təzyiqli qaz kəmərlərinin və yüksək gərginlikli elektrik xətlərinin altında, eləcə də insanların təhlükəsizliyinə birbaşa təhdid yaradan digər ərazilərdə yerləşən evlərə çıxarış verilməsi mümkün olmayacaq”.

Ekspert kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən evlərin də vəziyyətinin ayrıca qiymətləndiriləcəyini bildirib: “Torpağın təyinatının dəyişdirilməsi mümkün olduğu halda həmin evlərin də sənədləşdirilməsi mümkün ola bilər. Digər yaşayış məntəqələrinin ərazisində yerləşən fərdi yaşayış evləri ilə bağlı isə ciddi problem gözlənilmir. Həmin evlərə çıxarışların verilməsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan və vətəndaşlar tərəfindən zəbt edilmiş torpaq sahələrinin isə mərhələli şəkildə satılması həyata keçirilə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!