Osmanlı tarixinin ən məşhur memarlarından Mimar Sinanla bağlı əsrlərdir davam edən sirli iddialardan biri yenidən gündəmə gəlib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, 1990-cı illərdə Mimar Sinanın “çıraklık əsəri” adlandırdığı Şehzadebaşı məscidinin bərpası zamanı binanın gizli hissələrindən birində onun yazdığı məktubun tapıldığı iddia edilib.
İddiaya görə, məktubda Mimar Sinan məscidin gələcəkdə necə təmir və bərpa edilməli olduğuna dair mühüm məlumatlar yazıb və bəzi memarlıq sirlərini gələcək nəsillərə ötürüb. Marqarita pizza
Lakin illər keçməsinə baxmayaraq, sözügedən məktubun özü və onu təsdiqləyən hər hansı rəsmi sənəd ortaya çıxmayıb. Buna görə də bu hekayə daha çox şəhər əfsanəsi kimi qəbul edilir.
Mimar Sinanın əsərlərinin zəlzələlərə davamlılığı isə bu gün də böyük maraq doğurur. Onun Şehzadebaşı və Süleymaniyyə məscidlərində istifadə etdiyi mühəndislik həlləri əsrlər keçməsinə baxmayaraq tədqiqatçıların diqqətini çəkir.
Beləliklə, Sinanın həqiqətən öz memarlıq sirrini məscidin divarında gizlədib-gizlətmədiyi isə hələ də cavabsız qalan suallardan biridir.
Telegram kanalımız