Mina Hüseyn: “Hətta çölə belə çıxa bilmirdim”  - Video

saytların hazırlanması

Evə çatdırılma

Mina Hüseyn: “Hətta çölə belə çıxa bilmirdim” - Video

Şou

13 Sentyabr 2024 16:26 1030


“Hər şey istəyirəm” adlı mahnını oxuyandan sonra bir günün içində məşhurlaşdım. Hətta çölə belə çıxa bilmirdim. Mühafizəçilərlə gəzirdim. Çünki qorxurdum. Mahnının sözləri çox ağır idi. O zaman mənim 18 yaşım vardı. Yeniyetmə idim. Məni efirlərdə çağırırdılar, amma getməyə icazə vermirdilər”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn qonaq olduğu “Özəl” verilişində illər əvvəl oxuduğu və onun “visit kartı” na çevrilən “Hər şey istəyirəm” mahnısının tarixçəsindən bəhs edərkən deyib.

Müğənni bildirib ki, keçmişdəki ifa tərzinə geri qayıdıb, sözügedən nəğmənin ikinci hissəsini təqdim etmək niyyətindədir: pizza hut

“O tərz çox maraqlı olsa da, nəğmənin sözləri ağır idi. Mən o obrazı unutdurmaq istədim ki, tamaşaçılar yeni Mina ilə tanış olsunlar və görsünlər ki, Mina Hüseynlinin əslində səsi də var. Səs göstərən mahnılar da istəyirdim oxuyum ki, tamaşaçılar məni bu yöndəndə tanısınlar. Hərdən düşünürəm ki, “Hər şey istəyirəm” klipindəki o obraza qayıdım. Bəlkə “Hər şey istəyirəm”in ikinci hissəsini hazırladıq. Bu haqda düşünürəm. Sadəcə söz yazarı axtarıram ki, o tərzdə yaza bilsin. Bununla da bağlı repçilərə də müraciət etmək olar. İnşallah bir şeylər edəcəyəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!