MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

saytların hazırlanması

Evə çatdırılma

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

Sosial

21 Avqust 2026 18:51 46


Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, avqustun 26-dan etibarən başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi 2 sentyabradək davam edəcək. Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edəcəklər. pizza sifarişi

Nəzərinizə çatdırırıq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədikləri halda bu, seçdikləri vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli əmək müqaviləsi ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!