Mirşahin Qurban Qurbanovdan yazdı

saytların hazırlanması

Evə çatdırılma

Mirşahin Qurban Qurbanovdan yazdı

Sosial

28 Avqust 2026 10:00 420


Tanınmış jurnalist Mirşahin Ağayev “Qarabağ“ın UEFA Konfrans Liqasında mübarizəni dayandırması ilə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

“İstəməzdim ki, belə çıxsın: “Qurban Qurbanov köhnəlib; üslubuynan, adamlarıynan…” İstəməzdim ki, Qurban belə zənn edənlərlə barışsın; “bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil… Söz oyunu kimi görünsə də, söz oyunu deyil… …istəməzdim! Uduzma, təslim olma, Qurban! Ayağa qalx!”, – deyə o bildirib. pizza

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda vurduğu qollarla hesabı 4:1 edən “Tvente” mərhələ adlayıb, “Qarabağ” isə Avropa ilə vidalaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!