“Misir dövləti düz eləyib” - Şeyx Əbdül

saytların hazırlanması

Evə çatdırılma

“Misir dövləti düz eləyib” - Şeyx Əbdül

Şou

13 Avqust 2022 13:22 1165


Misirdə qəribə qərar verilib. Bundan sonra misirli qadınlar ərlərinin telefonunu izləyə və yaxud qarışdıra bilməyəcəklər. Bu qaydaları pozan qadınlar hüquqi məsuliyyət daşıyacaqlar.

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, Xalq artisti Əbdül Mahmudov Misir dövlətinin bu qərarını alqışladığını bildirib:

“Mobil telefonlar ailələrin dağılmasının, gənclərin yüngül həyat yolu seçməsinin bir nömrəli səbəbkarıdır. Bizim təfəkkürümüz müasir texnoloji inkişafla ayaqlaşmır. Bizim təfəkkürümüz çox geri qalıb. Acınacaqlı vəziyyətdəyik. Toyuqlu pizza

Ana 2 uşağını və ailəsini atıb telefonla tanış olduğu bir adamın yanına qaçırsa, gənc qız firavan həyat eşqi ilə tanımadığı bir oğlanla yola çıxırsa, oğul xəstə ata-anasını atıb yaxından tanımadığı qızın yanına gedirsə, bunun yeganə səbəbi mobil telefondur. Ona görə də Misir dövləti düz eləyib”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!