Misir Mərdanov baş redaktor işləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Misir Mərdanov baş redaktor işləyəcək

Sosial

31 Dekabr 2025 12:22 4703


Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb.

Yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov vəzifəsini itirmiş olub.

“Yeni Sabah” xəbər verir ki, sabiq təhsil naziri Misir Mərdanov bundan sonra hansı fəaliyyətlə məşğul olacağı barədə Modern.az saytına açıqlama verib. Sezar pizza

Eks-nazir bildirib ki, görüləsi işlər çoxdur:

"Mən Bakı Dövlət Universitetində Ali riyaziyyat kafedrasının müdiriyəm, planlarım çox genişdir, elmi tədqiqatlarımı və riyaziyyatın tədrisi metodikası istiqamətində işlərimi davam etdirəcəyəm. Eləcə də ölkəmizdə və beynəlxalq aləmdə yüksək nüfuzu olan, baş redaktoru olduğum AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Elmi əsərlər" jurnalının işlərinə rəhbərliyimi davam etdirəcəyəm. Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fariz
    Misirin işi çoxdu, xalqa faydası yoxdu
    4 months ago