Misir Mərdanov nazirlə nədən danışıb?

Misir Mərdanov nazirlə nədən danışıb?

Digər

29 Noyabr 2022 16:06 694


Sabiq təhsil naziri Misir Mərdanov elm və təhsil naziri Emin Əmrullayevlə söhbətləşərkən çəkilən fotosunun sosial şəbəkələrdə müzakirə yaratmasına aydınlıq gətirib.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, eks-nazir bununla deyib:

"Sosial şəbəkələrdə hər kəs öz bildiyi kimi fikir yazır. Cənab Prezidentin fərmanı ilə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Cənab nazir Akademiyanın Elm və Təhsil Nazirliyinə verilən institutları ilə tanışlıq məqsədilə gəlmişdi. İnstitutmuzla, orada aparılan işlərlə də tanış oldu. Söhbət aparıldı, çıxıb getdi, bu qədər.

Mən bilmirəm, sosial şəbəkələr bunu necə hallandırırlar. Əslində, söhbətimizin məğzi yalnız institutla tanışlıq idi. Əlavə heç nə olmadı. Tövsiyə, təcrübə bölüşməmişəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!