Moldova MDB Parlamentlərarası Assambleyasının tərkibindən çıxmaq proseduruna başlayıb, bir ay ərzində qərarın veriləcəyi gözlənilir.
Yenisabah.az TVR-Moldova-ya istinadla xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu bildirib.
"Biz MDB Parlamentlərarası Assambleyasının üzvlüyündən çıxmaq prosesinə başlamışıq. Təbii ki, bəzi hüquqi prosedurlara əməl etməli olacağıq. Qərar layihəsi hökumətdədir, nəticəsini gözləyirik. Prosesə start verilib”, - deyə Qrosu vurğulayıb. Dördpendirli pizza
Digər sazişlərdən çıxması və Moldovanın MDB-dən yekun fasiləsi barədə danışarkən o bildirib ki, hökumət və Xarici İşlər Nazirliyi bütün qanunvericilik bazasını, Moldovanın MDB-də imzaladığı bütün sazişləri təhlil edir.
Telegram kanalımız