Moldova MDB sazişlərindən çıxır

saytların hazırlanması

Evə çatdırılma

Moldova MDB sazişlərindən çıxır

Dünya

23 Fevral 2023 16:46 739


Moldova MDB çərçivəsində imzalanan onlarla sazişdən çıxmaq prosesinə başlayır.

Yenisabah.az xəbər verir ki, bunu xarici işlər naziri Niku Popesku deyib.

Onun sözlərinə görə, ölkə MDB-nin 330-a yaxın sazişinin iştirakçısıdır və onların bir çoxuna yenidən baxılmalıdır: “Elə razılaşmalar var ki, ya bizə yaraşmır, ya artıq işləmir, ya tətbiq edilmir, ya da Moldovanın xeyrinə deyil”. Sezar pizza

N. Popesku xatırladıb ki, Moldova Aİ-yə daxil olmaq niyyətindədir, ona görə də bütün xarici siyasət məqsədləri və beynəlxalq təşkilatlarda iştirak Avropa inteqrasiyasına tabe olacaq:.

"Bunun əsasında MDB-dən məqsədlərimizə uyğun gəlməyən sazişlərdən çıxış davam edəcək. Ölkənin MDB-də olduğu müddətdə imzalanmış bir çox sazişlərin zəruriliyi ilə bağlı təhlillər aparılır. Bu siyahı dərc olunacaq".

Nazir yalnız Daxili İşlər Nazirliyinin xətti ilə 20-yə yaxın müqavilədən çıxmağın nəzərdə tutulduğunu qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!