Montella 300 min avrodan çox alacağı borcdan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Montella 300 min avrodan çox alacağı borcdan imtina etdi

İdman

08 Oktyabr 2026 23:46 95


Türkiyənin 2-ci liqa təmsilçisi "Adana Dəmirspor" futbol klubu Türkiyə millisinin baş məşqçisi Vinçentso Montellanının keçmiş dövrlərdən qalan 330 000 avro məbləğindəki alacağı borcdan imtina etdiyini elan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

"2021-2023-cü illər arasında klubumuzun əsas komandasının baş məşqçi vəzifəsini icra edən və hazırda milli komandamızın baş məşqçisi olan Vinçentso Montella 5 sentyabr 2026-cı ildə əldə olunmuş şifahi razılaşmaya əsasən, keçmiş dövrlərdən qalan 330 000 avro məbləğindəki alacağı borcdan "Adana Dəmirspor" lehinə imtina etdiyini rəsmən bizə bildirib. Marqarita pizza

Bu vacib jestə və fədakarlığa görə Montellaya səmimi qəlbdən təşəkkür edir, gələcək fəaliyyətində ona uğurlar arzulayırıq" , - deyə klubun bəyanatında bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!