Montella: “İstefa verməyəcəyəm!”

saytların hazırlanması

Evə çatdırılma

Montella: “İstefa verməyəcəyəm!”

İdman

29 Sentyabr 2026 09:46 45


Türkiyə milli komandasının baş məşqçisi Vinçenso Montella İtaliya ilə matçdan sonra mətbuat konfransında kəskin bəyanatlarla çıxış edib. Təcrübəli mütəxəssis istefa verəcəyi ilə bağlı gəzən şayiələri qətiyyətlə təkzib edib və komandasına olan inamını ifadə edib.

“Yeni Sabah” xəbər verir ki, italyan çalışdırıcı milli komandanın inkişaf yoluna diqqət çəkərək A Liqasında mübarizə aparmağın çətinliklərindən danışıb:

"Bu komanda üç il əvvəl C Liqasında idi, bu gün isə A Liqasındayıq. Burada səviyyə tamamilə fərqlidir. Üç gündən bir bu tempdə oyun keçirmək asan deyil. Bu, bəhanə sayılmamalıdır, sadəcə vərdiş etdiyimizdən daha yüksək səviyyədə oynayırıq və bunu normaya çevirməliyik. İtaliya millisinin heyətinin bazar dəyəri 840 milyon avro, bizimki isə 417 milyon avrodur. Lakin mətbuatda elə bir təəssürat yaradılmışdı ki, guya bizi asan oyun gözləyir. Mən futbolçularıma da qarşılaşmanın çətin keçəcəyini bildirmişdim". pizza mizza

Montella heyətdəki zədələr və futbolçuların fədakarlığına da toxunub:

"Əsas heyət üzvlərimizin yoxluğu əvəzetmələrə doğrudan da təsir etdi. A Liqasında tam heyətlə mübarizə aparmaq istərdim. Futbolçuların təkcə mənim deyil, bütün ölkənin dəstəyinə ehtiyacı var. Barış Alper Yılmaz və Kerem Aktürkoğlu uzun müddətdir milli komandada öz əsl mövqelərindən kənarda oynayırlar və əllərindən gələni edirlər. Öz mövqeyində oynamayan bu iki futbolçuya dəstəyimi heç vaxt əsirgəmərəm, hətta onların heykəlinin ucaldılmasına layiq olduqlarını düşünürəm. Milli komandaya hər kəs sahib çıxmalıdır".

Gələcək planlarından və istefa məsələsindən söz açan baş məşqçi mövqeyini nümayiş etdirib:

"İstefa vermək? Xeyr! Gördüyüm işə sonadək inanıram. Vaxtilə mənə böyük klublardan mühüm təkliflər gələndə də komandanı tərk etmədim. Futbolçularıma inamım tamdır və onların sonadək arxasındayam. Bura necə birlikdə gəlmişiksə, bu yola da birgə davam edəcəyik. Əgər nə vaxtsa istefa məsələsi gündəmə gələrsə, bunu ilk növbədə futbolçularımla müzakirə edərəm. Lakin hazırda belə bir gündəmimiz yoxdur".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!