"Dünya çempionatının yarımfinalında Azərbaycanla qarşılaşmaq istəyərdim".
Yenisabah.az xəbər verir ki, bunu "Report"a açıqlamasında minifutbol üzrə Monteneqro millisinin oyunçusu Qoran Nenejiç deyib.
O, Bakıda təşkil olunan turnirin 1/4 final mərhələsində Çexiyaya qalib gəldikləri oyun barədə danışıb: pizza sifarişi
"Bizim üçün çətin görüş alındı. Əsasən oyunumuzu müdafiədən qururduq. Şükürlər olsun ki, sonda istəyimizə çatdıq. Çexiya çox güclü komandadır. Yarımfinaldakı rəqibimiz İngiltərə - Azərbaycan cütünün qalibi olacaq. Açığı, ev sahibi olan Azərbaycanla qarşılaşmaq maraqlı olardı".
Qeyd edək ki, Monteneqro yığması 1/4 finalda Çexiya seçməsini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Telegram kanalımız