Yanvarın 6-dan 10-dək Moskvada -29 dərəcəyədək şaxta gözlənir. Hava proqnozları mərkəzi bunun 21-ci əsrin indiyədək ən soyuq beşgünlüyü olacağını deyirlər.
“Hava çox kəskin soyuyacaq, yanvarın 6-dan soyuqlar düşəcək”, – mərkəzin başçısı Roman Vilfand deyib.
Sonrakı günlər, eləcə də ilin ilk iş günündə şaxtanın -20 dərəcədə qalacağı gözlənir. Rusiya paytaxtında orta iqlim norması -15 dərəcə sayılır. pizza sifarişi
Yanvarın 10-dan temperaturun yüksələcəyi gözlənir.
Vilfand qeyd edib ki, anomal soyuq havanın uzun müddət qalması təhlükəli meteoroloji təzahürdür. Milad bayramında şaxta və qar çovğunu ABŞ-da azı 65, Yaponiyadan azı 17 nəfərin həyatına son qoyub, onlarla adam donvurmadan, xəsarətlərdən əziyyət çəkib.
Ekspertlər güclü şaxtalarda ehtiyac yoxsa evdən çıxmamağı, gərəkəndə isə yaxşıca yeyib, isti geyinərək çıxmağı tövsiyə edir.
Telegram kanalımız