Moskvada inzibati binada güclü yanğın:   60 nəfər təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Moskvada inzibati binada güclü yanğın: 60 nəfər təxliyə edildi

Dünya

21 İyun 2026 21:43 221


Moskvanın cənubunda yerləşən Reçnikov küçəsindəki inzibati binada böyük yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın təxminən 300 kvadratmetr sahəni əhatə edib. Hadisə zamanı binanın dam örtüyünün bir hissəsi uçub. pizza

Yanğınla əlaqədar binadan 60 nəfər təxliyə edilib.

Şahidlərin sözlərinə görə, ərazidə güclü tüstülənmə müşahidə olunub. Xəsarət alanların olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Hazırda hadisə yerində xilasedicilər və yanğınsöndürmə briqadaları işləyir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!