Moskvada terror aktının qarşısı alındı
22 Okt 2020 17:43
763

Moskvada terror aktının qarşısı alındı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada terror aktının qarşısını alıb.

Yenisabah.az xəbər verir ki, Xidmətin keçirdiyi əməliyyat nəticəsində Mərkəzi Asiyadan olan şəxs saxlanılıb.

Onun gizləndiyi sığınacaqdan kustar üsulla hazırlanan bombanın komponentləri aşkar edilib.

Məlum olub ki, həmin şəxs Moskvada hökumət binalarından birində partlayış törətməyi planlaşdırıb.

Təfərrüatlarla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər