Kiprdə növbəti terror iddiası -   “Mossad“ killeri İranda dindirdi

saytların hazırlanması

Evə çatdırılma

Kiprdə növbəti terror iddiası - “Mossad“ killeri İranda dindirdi

Dünya

30 İyun 2023 11:06 1177


İsrailin "Mossad" kəşfiyyat qurumu Kiprdəki terror aktının qarşısını aldığını bəyan edib.

Yenisabah.az xəbər verir ki, "Mossad" bu əməliyyatın təşkilatçısını İran ərazisində qaçırdığını və dindirdiyini iddia edib.

İddiaya görə, Yusif Şahbazi Abbasəlilu adlı şəxs İslam Keşikçiləri Korpusu Kəşfiyyat Təşkilatının göstərişi ilə Kiprdə bir israilli iş adamını qətlə yetirməli imiş. Əməliyyat planı ifşa edildikdən sonra təşkilatçı İrana qaçıb. Dördpendirli pizza

"Mossad"ın dindirmə videosunda Yusif Şanbazi İİKK-də əsas sifarişçinin adını və əməliyyatın təfərrüatlarını açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl də Kiprdə yəhudi biznesmenə qarşı sui-qəsd planı ifşa edilib. Onun icraçısı təyin edilən azərbaycanlı Orxan Əsədov həbs olunmuşdu.

O. Əsədov hazırda Azərbaycana ekstradisiya olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!