"Real Madrid" klubunun baş məşqçisi Joze Mourinyo İspaniya çempionatındakı hakimlərin təyinatı ilə bağlı qalmaqallı bəyanatla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, portuqaliyalı mütəxəssis La Liqa rəhbərliyinin hakim təyinatlarında qaydaları pozduğunu və qeyri-şəffaf davrandığını iddia edib.
Mourinyo qaydalara görə matçın baş hakiminin oyuna 24 saat qalmış açıqlanmalı olduğunu xatırladaraq şübhələrini gizlətməyib: "La Liqa qaydalarına əsasən, matçın baş hakimi oyuna 24 saat qalmış açıqlanır. Bəs niyə bizim oyunlarımızı idarə edəcək hakimlərin adlarını 3 həftə əvvəl öyrənirik? Burnuma qəribə qoxular gəlir!". pizza sifarişi
Təcrübəli çalışdırıcının bu kəskin açıqlaması İspaniya futbolunda və idman mətbuatında növbəti böyük müzakirələrə yol açıb.
Nazim Hacıyev
Telegram kanalımız