Müəllimlərə şad xəbər -   Maaşlar artırılır

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərə şad xəbər - Maaşlar artırılır

Sosial

31 Avqust 2026 09:38 197


Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə sentyabrın 2-dən etibarən başlanılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər. Sezar pizza

Qeyd edək ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 və daha yüksək bal nəticə göstərən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq olunacaq.

Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq ediləcək.

Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd olunan tarix və məkana uyğun olaraq prosesdə iştirak etməlidirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!