Müəllimləri tikintidə işlədən məktəb direktoru cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Müəllimləri tikintidə işlədən məktəb direktoru cərimələndi

Dünya

15 Avqust 2024 13:04 823


Özbəkistanın Asaka rayonunda müəllimlərin tikinti işlərinə cəlb olunduğu məktəbin direktoru 34 milyon sum cərimələnib. 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, vəziyyət ölkənin Dövlət Əmək Müfəttişliyi tərəfindən öyrənilib. 

Məktəb direktoru izahat yazısında etiraf edib ki, məktəbdə tikinti işləri gedir və bu səbəbdən 30-a yaxın müəllim və digər işçilər dərs saatlarının azaldılması təhlükəsi ilə tikinti tullantılarını çıxarmağa məcbur olublar.  Toyuqlu pizza

Bir müddət əvvəl "Kun.uz"a Asaka rayonundakı 37 saylı məktəbdə qadın müəllimlərin ağır tikinti işləri aparması ilə bağlı müraciət daxil olub. Müəllimlərdən birinin yıxılaraq qolunu sındırdığı bildirilib. 

Rayon rəhbərliyi bunu “aktiv ictimai faydalı iş” adlandırıb və müəllimlərin xəsarət aldığını inkar edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!