Yeni tədris ilindən etibarən sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqlarına əlavə ödəniş tətbiq olunacaq.
“Yeni Sabah” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Təhsil işçilərinin sentyabr konfransında bildirib.
Onun sözlərinə görə, 31 min müəllimin əməkhaqqına 35 faiz, 61 mindən çox müəllimin maaşına isə 10 faiz əlavə olunacaq. Toyuqlu pizza
Eşqi Bağırov bildirib ki, bu il sertifikatlaşdırma prosesinin ilk mərhələsində bütün fənn müəllimləri ən azı bir dəfə iştirak edib və onların sayı təxminən 105 min nəfərə çatıb.
Telegram kanalımız