Müəllimlərin müsabiqəsində problem: sistem çökdü

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin müsabiqəsində problem: sistem çökdü

Sosial

05 May 2025 08:48 280


Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində problem yaranıb.

“Yeni Sabah” xəbər verir ki, müsabiqənin vakansiya seçiminin sonuncu günü iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu mərhələsindən keçmiş müəllimlər şəxsi səhifələrinə keçid etmək istəyərkən “sürpriz”lə qarşılaşıblar. Belə ki, vakansiya seçiminə buraxılan müəllimlər bazar günü saat 17.00-dan sonra www.miq.edu.az/yerdeyishme saytında şəxsi səhifələrinə daxil ola bilməyiblər.

Nəticədə onlarla müəllim elektron ərizəsini təsdiqləyə bilməyib. Müəllimlər problem barədə sosial şəbəkələrdə məlumat versələr də, sistemə cavabdeh qurumlardan səs-soraq çıxmayıb. Marqarita pizza

Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin sosial şəbəkə hesabına edilən çoxsaylı müraciətlər də cavabsız qalıb.

Problem hələ ki həllini tapmayıb.

Müsabiqə üzrə vakansiya seçimi isə bu gün - 5 may saat 13:00-da başa çatacaq.

Ərizəsini təsdiqləyə bilməyən müəllimlər müsabiqə vaxtının uzadılmasını, onlara şans yaradılmasını tələb ediblər.

Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!