Müğənni Aslan Hüseynov həlak oldu -  Rəsmi açıqlama
04 May 2021 14:03
2696

Müğənni Aslan Hüseynov həlak oldu - Rəsmi açıqlama

Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişib.

“Yeni Sabah” Baku TV-yə istinadən xəbər verir ki, müğənni Qaradağda avtomobil qəzası zamanı ağır yaralanıb. 

O, xəstəxanaya çatdırılsa da orada keçinib.

***

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev “Report”a bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb:

"Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Aslan Hüseynov vəfat edib".

Qeyd edək ki, A.Hüseynovun anası ötən ay vəfat edib. Həmin vaxt müğənni Moskvada olub. A.Hüseynov Bakıya anasının yasında iştirak etmək üçün gəlmişdi.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər