Müğənni bacısına görə bağını satdı

saytların hazırlanması

Evə çatdırılma

Müğənni bacısına görə bağını satdı

Şou

13 Avqust 2021 13:41 2578


Müğənni Aynur Dadaşova bacısına görə bağ evini satdığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, "Salami Şou" proqramının qonağı olan ifaçı bunu xərçəngdən əziyyət çəkən bacısı üçün etdiyini bildirib:

"Hər kəsə maraqlı olar ki, indiki zamanda, toyların olmadığı bir vaxtda müğənnilər nə edir. Bir bağım vardı, həyət evim. Bacım xəstə, evdə heç kim işləmir, bir xanım kimi bütün yük mənim üzərimdə idi. Utanmıram, çörək qazanmaq ayıb deyil. Keçən il yayda o bağımı satdım. Bu günə şükür, yenə də rəhmətlik bacımın ürəyi istədiklərini almağa imkanım oldu. Mən ona yox demədim. Bilirdim ki, həkimlərin mənə dediyinə görə, bacımın ömrü azdır". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!