Türkiyəli aktyor Tolqahan Sayışman pandemiya dövründə onlayn dərs keçən imkansız şagirdlərə yardım edəcək.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 500 ədəd planşet alaraq ehtiyacı olan şagirdlərə paylayacaq.
O, Hakkari və Tuncelidə yaşayan uşaqlar üçün 400, Vandakilər üçün isə 100 ədəd planşet göndərəcək. Sezar pizza
Onun bu addımı sosial şəbəkələrdə qısa müddətdə yayılaraq tərif yağışına tutulub. İzləyicilər digər sənətçiləri də ondan örnək götürməyə səsləyiblər.
Telegram kanalımız