Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə hər yaxşılığı ictimailəşdirən müğənniləri qınayıb.
Yenisabah.az xəbər verir ki, o, cəmi 200 manatlıq yardımı reklam edənlərin fotosunu öz səhifəsində paylaşacağını bildirib:
"Heç kəs məndən inciməsin, amma belə şeyləri səhifələrdə görəndə əsəbləşirəm. Məktəbə cəmi 1 ay qalıb, bəzi müğənnilər başlayır ki, guya 200 manat verib 2 uşağa forma alıblar. Mütləq də bunu bütün səhifələrdə paylaşdırırlar. Bir müğənni görsəm ki, özünü reklam edir, "200 manatlıq, 300 manatlıq xeyir iş gördüm", - deyir, vallah, şəklini səhifəmə qoyub yazacam: böyük iş görmüsən?! Özün gəlmirsən, böyüyün gəlsin, bəsdirin". pizza sifarişi
Tolik bu fikirləri sosial mediada müsbət qarşılanıb. İzləyicilər edilən hər yaxşılığın paylaşılmasının düzgün olmadığını vurğulayıblar.
Telegram kanalımız