Musiqi Kollecinə yeni direktor təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Musiqi Kollecinə yeni direktor təyin olundu

Mədəniyyət

25 Avqust 2026 12:46 107


Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin yeni direktoru Natəvan Həsənova kollektivə təqdim olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında Qanun ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb, hər iki təhsil səviyyəsini fərqlənmə ilə tamamlayıb. Daha sonra dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib. pizza hut

O, 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində, 2007-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir. Müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə solist və orkestr musiqiçisi kimi çıxış edib.

2015-ci ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən “Carnegie Hall”da keçirilən müsabiqədə “1-ci yer” və “Ən yüksək performans” diplomları ilə təltif olunub.

N.Həsənova bir sıra elmi və elmi-metodik əsərlərin müəllifidir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif edilib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!