Müslüm Maqomayev niyə Xalq artisti barədə “Onu Allaha tapşırıram!” demişdi? -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Müslüm Maqomayev niyə Xalq artisti barədə “Onu Allaha tapşırıram!” demişdi? - VİDEO

Mədəniyyət

27 Avqust 2026 16:33 420


81 yaşlı Polad Bülbüloğlu ilə Behbudovlar ailəsi arasında qara pişiyin keçməsinə dair sosial şəbəkə postlarından sonra onun daha bir sənətkar ailəsi ilə kəskin münasibətləri müzakirə mövzusu olub.

“Yeni Sabah” xəbər verir ki, söhbət mərhum Xal artisti Müslüm Maqomayevdən gedir.

2007-ci ildə ukraynalı jurnalist Dmitri Qordonun P.Bülbüloğlu barədə sualına artıq dünyasını dəyişmiş müğənni belə cavab vermişdi: “Mənimlə bir binada yaşamış adam haqqında danışmağa dəyməz. Onu Allaha tapşırıram!” Dördpendirli pizza

Onlar həqiqətən bir binada yaşayıb, tay-tuş, hətta dost olublar. Polad Bülbüloğlu etiraf edib ki, hər hansı yaxın münasibətdə olduğu kimi, onunla Müslüm Maqomayev arasında da bəzən mübahisələr və fikir ayrılıqları olurdu.

Bülbülün 55-ci doğum günündə M.Maqomayev ona bir məktub yazaraq təklif edib ki, mübahisələrini keçmişdə qoyub bütün fikir ayrılıqlarını unutsunlar. P.Bülbüloğlu da bir daha heç vaxt mübahisə etməyəcəyinə söz verib.

2005-ci ildə Müslüm Maqomayev müsahibəsində açıq şəkildə bildirib ki, Polad Bülbül oğlu ilə dostluğu bir rus atalar sözünü təsdiqləyir: “Yaxşılıq etməsən, pislik görməzsən”.

Onun sözlərinə görə, gənclik illərində dostuna kömək edib: onu Moskvaya gətirib, mühüm adamlarla tanış edib və karyerasına başlamaq üçün fürsət yaradıb. P.Bülbüloğlu qısa zamanda populyarlıq qazanıb, amma onda təkəbbür də yaranıb. O, Maqomayevə bərabər uğur qazandığına əmin olub və münasibətləri pisləşib.

1990-cı illərdə uşaqlıq dostlarını barışdırılıb. Lakin sonralar Rusiya vətəndaşlığını qəbuletmiş Müslüm Maqomayev və o dövrdə Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışan Polad Bülbüloğlu ilə yenidən fikir ayrılığı yaranıb.

Mədəniyyət Nazirliyi Müslüm Maqomayevin yubileyini təmtəraqsız keçirib, nazirin özü belə tədbirdə iştirak etməyib. Üstəlik, “Bakının mərkəzi küçəsinə, musiqi məktəbinə və mədəniyyət xadimlərinin yaşadığı binaya, hətta klassik ifa müsabiqəsinə Bülbülün adı verilib”, - deyə Müslüm Maqomayev bir dəfə şikayətlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!