Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

saytların hazırlanması

Evə çatdırılma

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mədəniyyət

18 Avqust 2026 23:44 113


Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli vəzifəsindən azad olunub.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadla xəbər verir ki, nazirliyin ümumi daxili strukturunun təkmilləşdirilməsi və kadr dəyişiklikləri ilə bağlı müvafiq proseslər həyata keçirilir. Proses yekunlaşdıqdan sonra məlumat təqdim olunacaq.

Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilmişdi. Marqarita pizza

O, 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

O həm də iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!