Myanmada zəlzələ: 1000-dən çox ölü var

saytların hazırlanması

Evə çatdırılma

Myanmada zəlzələ: 1000-dən çox ölü var

Dünya

29 Mart 2025 09:49 292


Cümə günü Myanmada baş verən dağıdıcı 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edərək 1002-yə çatıb.

Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, yaralıların sayı isə 2376 nəfər olub.

Axtarış-xilasetmə əməliyyatları davam etdikcə sayların artmağa davam edəcəyi gözlənilir və daha çox insanın dağıntılar altında qalacağından qorxular var.

Myanmada 7,7 bal gücündə zəlzələnin baş verib. Zəlzələnin episentri Saqainq şəhərindən 16 kilometr şimal-qərbdə, Mandalay şəhəri (Myanmanın ikinci ən böyük şəhəri) yaxınlığında yerləşib.

Yeraltı təkanlar Çin və Taylandda da hiss olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!