Nadir Qafarzadə bəzi müğənniləri təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

Nadir Qafarzadə bəzi müğənniləri təhqir etdi

Şou

26 Mart 2026 22:56 824


"Toyda biləndəki filan müğənni də gələcək, onun mahnısını oxumaq tərbiyəsizlikdir".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Gün ortası" verilişində deyib. O, toylarda yaşadığı problemlərdən söz açıb:

"Mikrofondan doymayan ifaçılar var. Məndən sonra gələn müğənni deyir ki, tələsirəm, 2 mahnı oxuyacağam, olar sənin yerinə çıxım? 2 mahnı olur 1, bəzən 2 saat. Özümə söz vermişəm, heç kimə güzəştə getməyəcəyəm. Guya tələsir, bir də görürsən salonda dostları ilə oturub. Vaxtında gəlib mahnılarınızı oxuyun. Bunu xarici ölkələrdə edə bilməzsən. Marqarita pizza

Artıq bəllidir ki, bir çox sahələrdə monopoliyalar var. Amma musiqi sahəsində bu vəziyyət ağlamalıdır. Məsələn, təşkilatçıya deyirsən ki, məclisi filan müğənni aparsın. Yalandan deyir, həmin gün toyu var. Heç həmin müğənni ilə danışılmır. Dostu olan digər müğənnini məsləhət görür.  Çünki oradan 10 manat cibinə gedəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!