Nadir Qafarzadə doğulacaq nəvəsinin adını indidən açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Nadir Qafarzadə doğulacaq nəvəsinin adını indidən açıqladı

Şou

01 Oktyabr 2025 10:27 469


Müğənni Nadir Qafarzadə dünyaya gələcək ikinci nəvəsinin onun adını daşıyacağını bildirib. 

Yenisabah.az xəbər verir ki, ifaçı bu barədə "Rəngarəng" verilişində danışıb.

O bildirib ki, kiçik oğlu Əzizə öz atasının adını qoyub: Marqarita pizza

"Kiçik oğlum Əzizə öz atamın adını vermişəm. Mən Qafarzadə Nadir Əziz oğluyam, o da Qafarzadə Əziz Nadir oğlu. İndi düşünürlər ki, gələcəkdə oğul övladları dünyaya gəlsə ona da mənim adımı versinlər. Beləcə, o da olacaq Qafarzadə Nadir Əziz oğlu. Övladlarımın fikirlərinə qarışmıram. Bu onların öz istəkləridir. Mən belə bir şey etməklərini söyləməmişəm".

Qeyd edək ki, müğənninin oğlu Əziz ötən ay evlənib. O, Sevil adlı xanımla ailə həyatı qurub. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!