Nadir üzr istədi: “Bu mənim qələtimdir“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Nadir üzr istədi: “Bu mənim qələtimdir“ - Video

Şou

02 Sentyabr 2021 15:14 24455


Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə yayılan səmimi görüntülərinə görə üzr istəyib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda danışan Nadir izləyicilıərindən üzr istəyib və həmin görüntülər çəkilən zaman səroş olduğunu etiraf edib:

“Mən artıq bu videonu paylaşmaq məcburiyyətində qaldım. Ola bilər ki, ad günü məclisinə qatılmışam, bir az işki qəbul etmişəm, ki, etmişdim. Lakin o cür hərəkət mənə yaraşmırdı, etməməli idim. Özümü o cür aparmaq mənə yaraşmırdı, çünki hər zaman çalışmışam ki, başqalarına nümunə olum. Oldu, amma bir də belə şeylər olmayacaq, yəqin ki, məni anlayarsınız. Utanıram, xəcalət çəkirəm. Bu da mənim səhvlərimdən biri idi. Çox üzr istəyirəm, ümid edirəm məni bağışlayarsınız. Çox utanıram. Bu mənim səhvimdir, qələtimdir”.

Qeyd edək ki, Ayan sözügedən görüntüləri sosial şəbəkə hesabından silib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mais Əsədov
    Bəs Ayan xanım bununla bağlı niyə açıqlama vermir
    5 years ago
  • Sevinc
    İslamda içki günahdır,bu vəziyyətdə insanın vücudundaki çin məcbur edir ki lazımsız hərəkətlər edilsin və nəlayıq sözlər deyilsin,biz Nadiri başa düşürük.İçkiyə tövbə!
    5 years ago