“Anamla ailə qurmamışdan əvvəl onun bir ailəsi olub. Onun ilk evlilikdən bir qızı olub".
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Natəvan Həbibi “Zaurla Günaydın” verilişində deyib.
O, Alla Muradova adlı həmin qızla ünsiyyət saxlayıb, münasibət qurmağa cəhd göstərib, lakin qarşı tərəf onu rədd edib: Sezar pizza
“Anamdan ayrılandan sonra yenidən o ailəsinə qayıtmışdı. O, qadın rus idi. Ögey bacım hazırda Argentinada yaşayır. Heç bir münasibətimiz yoxdur. Heyfsilənirəm ki, niyə biz belə böyümüşük?!
Həmişə istəmişəm ki, ünsiyyət quraq. Onu axtarmışam. Adı Alla Muradovadır. Həmişə bizi özündən qovurdu, istəmirdi bizimlə münasibəti olsun. Amma mən istəmişəm ki, böyük bacı kimi bizə yaxın olsun”.
Telegram kanalımız