NATO Rusiya ilə sərhəddə sammit keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

NATO Rusiya ilə sərhəddə sammit keçirəcək

Dünya

09 Noyabr 2022 15:09 864


Şimali Atlantika alyansının (NATO) növbəti sammiti 11-12 iyul 2023-cü ildə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.

"Məmnuniyyətlə bildirmək istəyirəm ki, NATO ölkələrinin dövlət və hökumət başçılarının növbəti görüşü 11-12 iyul 2023-cü ildə Vilnüsdə keçiriləcək", - deyə TASS onun sözlərindən sitat gətirir. pizza sifarişi

Stoltenberq deyib ki, sammit zamanı NATO liderləri müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını və Ukraynaya yardımın davam etdirilməsini nəzərdən keçirəcəklər.

Qeyd edək ki, NATO-nun Rusiya ilə hazırkı gərgin münasibətləri fonunda onun növbəti sammitinin Rusiya ilə həmsərhəd (Kalininqrad vilayəti vasitəsilə) ölkədə keçirilməsi diqqətdən yayınmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!