Naxçıvanda ağır qəzada xəsarət alan şəxs öldü

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda ağır qəzada xəsarət alan şəxs öldü

Hadisə

02 İyun 2026 22:58 125


Mayın 23-də Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən daha biri xəstəxanada vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Babək rayonunun Çeşməbasar kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ağır xəsarətlər alan 2002-ci il təvəllüdlü Vəliyev Şahin Elxan oğlu müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. pizza mizza

Qeyd edək ki, qəzadan üç gün sonra hadisə zamanı xəsarət alan digər şəxs – 22 yaşlı Əlizadə Nail İlham oğlu da xəstəxanada vəfat etmişdi. Beləliklə, sözügedən yol qəzasında həyatını itirənlərin sayı 2-yə çatıb.

Hazırda xəsarət alan daha 4 nəfərin müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!