Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində həyata keçirilən kadr və struktur islahatlarının əsas məqsədinin qədim diyarın davamlı inkişafını təmin etmək, insanların rahat, təhlükəsiz və firavan yaşayışını təmin etmək olduğunu bildirib.
“Yeni Sabah” xəbər verir ki, deputat Vüqar Bayramov Naxçıvanda son illərdə aparılan islahatların muxtar respublikanın büdcə gəlirlərinə də müsbət təsir göstərdiyini açıqlayıb.
Onun sözlərinə görə, Naxçıvanın 2026-cı il büdcəsinin gəlirləri və xərcləri 483 milyon 178 min manat müəyyən edilib. Büdcə gəlirlərinin 2025-ci illə müqayisədə 31 faiz artacağı gözlənilir. Sezar pizza
Ən diqqətçəkən məqam isə 2026-cı ildə Naxçıvan büdcəsində tarixi ilkə imza atılmasıdır. Belə ki, ilk dəfə yerli mənbələrdən formalaşan büdcə gəlirləri dövlət büdcəsindən ayrılan dotasiyanı üstələyəcək.
2026-cı ildə Naxçıvanın büdcə gəlirlərinin 271 milyon 550 min manatının daxili mənbələr hesabına formalaşması, dövlət büdcəsindən ayrılacaq dotasiyanın isə 211 milyon 628 min manat olması nəzərdə tutulub.
Beləliklə, yerli mənbələrdən əldə edilən gəlirlər dotasiya məbləğindən 59 milyon 922 min manat çox olacaq.
Vüqar Bayramov bildirib ki, Naxçıvanda islahatların dərinləşdirilməsi qarşıdakı illərdə fiskal dayanıqlığı daha da gücləndirəcək. Onun sözlərinə görə, iqtisadi inkişafın genişlənməsi büdcə gəlirlərinin də artmasına imkan verəcək.
Aytac Əliyeva
Telegram kanalımız