Naxçıvanlılara müjdə:   ilk nəticələr açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanlılara müjdə: ilk nəticələr açıqlandı

İqtisadiyyat

12 Avqust 2026 09:41 31


AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Naxçıvan Muxtar Respublikasında dəmir yolu şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir.

Bu barədə "Yeni Sabah"a ADY-dən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin sonlarından başlayan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir. Hazırda Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır. pizza sifarişi

Xəttin ox üzrə uzunluğu 194 kilometr, yan yollarla birlikdə isə 264 kilometrdir. Dəmir yolu boyunca ümumilikdə 814 mühəndis qurğusunun, o cümlədən 10 stansiyanın, 3 platformanın,  29 körpü, 11 yolötürücünün və müxtəlif keçidlərin inşası və yenidən qurulması nəzərdə tutulur. Marşrut boyunca yerləşən 12 qoruyucu qalereya əsaslı şəkildə yenidən qurulur. Eyni zamanda yolötürücülər, beton kanallar və digər mühəndis qurğuları üzrə işlər davam etdirilir.

Hazırda 6 kilometrlik hissədə torpaq işləri tamamlanıb, Salamməlik stansiyasından başlayaraq 700 metrlik hissədə yeni rels-şpal çərçivələri quraşdırılıb.

Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.  

Naxçıvanda yenidən qurulan dəmir yolu şəbəkəsi Ordubad tərəfdən, Horadiz–Ağbənd dəmir yolu xətti isə Azərbaycanın əsas hissəsindən Zəngəzur dəhlizinə qoşulacaq. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin formalaşması nəzərdə tutulur. Eyni zamanda, bu marşrut Türkiyə ilə birbaşa dəmir yolu bağlantısını yaradacaq.

2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma çərçivəsində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılması ilə Zəngəzur dəhlizi boyunca dəmir yolu bağlantısının bərpası nəzərdə tutulur. Hazırda dəhlizin digər istiqamətlərində işlər davam etdirilir: Ələt-Osmanlıda işlərin 60 faizi, Horadiz-Ağbənddə 73 faizi tamamlanıb.

Yeni bağlantı Orta Dəhlizin imkanlarını genişləndirməklə Avropa və Asiya arasında yükdaşımaların inkişafına, Türkiyə və Avropa bazarlarına çıxışın gücləndirilməsinə töhfə verməklə Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda Zəngəzur dəhlizi Şimal–Cənub nəqliyyat marşrutu ilə bağlantı baxımından da strateji əhəmiyyət daşıyacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!